Azərbaycanda ürək transplantasiyası aparılacaq KOMİTƏ SƏDRİ

  • By admin
  • 26 Oktyabr 2016 12:50
ahliman-1
Azərbaycanda ürək transplantasiyasının  həyata keçirilməsi istiqamətində işlər gedir.
Gununsesi.info xəbər verir ki, bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanaov  komitənin bu gün keçirilən iclasında  “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik məsləsi müzakirə olunan zaman deyib.
Qanuna nəzərdə tutulan dəyişiklik haqqında məlumat verən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, 15 il öncə Azərbaycanda orqan transplantasiyası yox idi, olsa da çox məhdud şəraitdə idi. “Ancaq indi tibbi transplantasiyası təsəvvür etmək mümkün deyil. Bu gün orqan və toxumaların transplantasiyası dünyada sürətlə inkişaf edib. Elə bir orqan yoxdur ki, onun transplantasiyası mümkün olmasın.  Son illərdə Azərbaycanda da bu sahə inkişaf etməkdədir.Azərbaycanda da böyrək, qaraciyər transplantasiyası əməliyyatları həyata keçirilir. Gələcəkdə ürək transplantasiyasının həyata keçirilməsi istiqamətində də işlər həyata keçirilir və bu məsələ gündəmdədir. Hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycanda ürək transplantasiyasını həyata keçirmək mümkün olacaq”.
Qanuna dəyişikliyə gəldikdə isə  komitə sədri bildirdi ki, qanunun 16- cı maddəsinə təklif edilir ki, transplantasiya barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərində, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər: “Hazırki maddədə isə bildirilirdi ki, transplantasiyaya aid reklama qanunvericilikdə müəyyən olunmuş qaydada yalnız tibb və əcazçılıq sahəsində ixtisaslaşmış mətbuat orqanlarında yol verilir”.
Mürtəza
Gununsesi.info