Azərbaycanda tənha qadın evində öldürüldü

  • By admin
  • 15 Dekabr 2016 22:58

1440672382_qad

 

Gədəbəydə tənha qadının meyiti aşkarlanıb.

Gununsesi.info ARB TV-yə istinadən xəbər verir ki, Gədəbəy rayonunun Qasımlı kənd sakini 71 yaşlı Səmayə Məmmədovanın yaşadığı evin həyətində meyiti aşkarlanıb.

Hadisə yerinə cəlb olunan polis və prokurorluq əməkdaşları meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertizasına təqdim ediblər. Müayinə zamanı meyitin üzərində bəzi xəsarətlərin aşkarlanması ilə qadının qətlə yeitirildiyi müəyyən edilib. Hələlik tək yaşayan qadının hansı şəraitdə və kim tərəfindən öldürüldüyü məlum deyil.

Hüquq-mühafizə orqanları bu istqiamətdə əməliyyat tədbirlərini davam etdirir.

 

Gununsesi.info