Azərbaycanda polisi bıçaqladılar – Atası Dairə Seçki Komissiyasının sədridir

  • By admin
  • 23 Mart 2020 11:32

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.org xəbər verir ki, rayon sakini Nadim Nadir oğlu Qürbətov həmyerlisi, 16 yaşlı yeniyetmə tərəfindən bıçaqlanıb.

Qeyd edək ki, N.Qürbətov Ağcabədi Rayon Polis Şöbəsinin post-patrul xidmətinin əməkdaşıdır.

Onun atası Nadir Qürbətov 82 saylı Ağcabədi Dairə Seçki Komissiyasının sədridir.

Gununsesi.org