Azərbaycanda neçə nəfər karantindədir? - VİDEO

  • By admin
  • 15 Mart 2020 19:32

“Xüsusi Karantin Mərkəzində 94 Azərbaycan vətəndaşı var”.

Gununsesiaz.info xəbər verir ki, bunu “Real TV”yə müsahibəsində mərkəzin nümayənədələrindən biri –  Dövlət Sərhəd Xidmətinin polkovniki Aliyə Piriyeva bildirib:

“Hazırda Mərkəzdə 94 Azərbaycan respublikasının vətəndaşı var.  Müvafiq olaraq tibbi personal onların temperaturunu ölçür. Karantin müddəti 14 gündür. Vətəndaşlar buraya daxil olduqları ilk gündə test analizləri götürülür. Bir həftə sonra analizlər təkrar götürülür. Analizlərin nəticələrində şübhə olmadıqda vətəndaşlar evə buraxılır”.

A.Piriyeva bildirib ki, hazırda Karantin Mərkəzinə yerləşdirilmiş şəxslər İrandan gələnlərdir.

Daha sonra karantində saxlanılanlardan qısa müsahibə alınıb.

Qeyd edək ki, Azərbaycanda 22 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 6-sı sağalaraq evə buraxılıb.

Gununsesiaz.info