Azərbaycanda yüksək vəzifəli dövlət məmuru koronavirusa yoluxdu – Rəhbər şəxsdir

  • By admin
  • 09 İyun 2020 11:54

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qobustan şöbəsinin 7 əməkdaşı koronavirusa yoluxub.

Gununsesi.org xəbər verir ki, bu barədə Modern.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı məlumat verib.

Onun sözlərinə görə, şöbənin rəhbəri İrşad Həsənov və 6 əməkdaşında koronavirus (COVID-19) testinin nəticələri pozitiv çıxıb:

“Hazırda əməkdaşlarımızın vəziyyətləri stabildir, müalicələri davam etdirilir, səhhətlərində ağırlaşma yoxdur. Şöbədə COVID-19-a qarşı dezinfeksiya işləri həyata keçirilib”.

 

 

Gununsesi.org