Azərbaycanda müəllimlərlə bağlı yenilik

  • By admin
  • 16 Mart 2020 12:01

Azərbaycanda bələdiyyə və özəl peşə təhsili müəssisələrində təhsilverənlər attestasiyadan keçirilə bilər.

Gununsesi.org xəbər  verir ki, bununla bağlı “Peşə təhsili haqqında” qanuna dəyişiklik edilməsi gözlənilir.

Qanunun 13-cü maddəsinə belə bir dəyişiklik təklif edilir ki, bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsilverənlər attestasiyası keçirilsin.

 Eyni zamanda, yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulur.

 

Gununsesi.org