Azərbaycanda körpü selə tab gətirmədi: uçub dağıldı — FOTOLAR

  • By admin
  • 08 May 2020 13:31
Qubanın Xanagah kəndi ərazisində Çağacıq çayının üzərində inşa edilmiş körpüləri sel aparıb.

Gununsesi.org xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Kadrlardan da göründüyü kimi, yaşayış məntəqələrini birləşdirən körpü dağılır.

Nəticədə yaşayış məntəqələri arasında gediş-gəliş əlaqəsi kəsilib.

Baş verən hadisənin görüntülərini təqdim edirik:

 


Quba Rayon İcra Hakimiyyəti tərəfindən hadisə yerinə texnika göndərilib, lazımi tədbirlər görülür.

Həmçinin hadisə yerinə Quba Rayon İcra Hakimiyyəti başçısının Rustov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Behbud Rəhimov da gəlib.

Gununsesi.org