Azərbaycanda koronavirusa yoluxan 84 yaşlı şəxs sağalıb

  • By admin
  • 08 Aprel 2020 19:20

“Azərbaycanda koronavirusdan baş verən ölüm hallarının hamısı yanaşı gedən ağır xəstəliklər səbəbindən olub”.

Gununsesi.org xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, pasiyentlər arasında 2-90 yaşlı insanlar da var: “Hətta 84 yaşında sağalan xəstəmiz də olub”.

TƏBİB sədri vurğulayıb ki, xəstəlik zamanı orqanizmin verdiyi cavabdan çox şey asılıdır.

 

 

Gununsesi.org