Azərbaycanda keçiriləcək daha bir avtomobil yarışının təqvimi açıqlandı

  • By admin
  • 14 May 2020 13:12

Formula 2 və Formula 3 yarışlarının 2020-ci il üçün ilkin təqvimi açıqlanıb.

Gununsesi.org Azərtac-a istinadla xəbər verir ki, ilkin təqvimə əsasən, 2 ölkədə iki Qran-Prinin təşkil olunması nəzərdə tutulub.

Mövsümə iyulun 4-5-də Avstriyada start veriləcək. Avstriya ikinci yarışa iyulun 11-12-də ev sahibliyi edəcək. Böyük Britaniya iyulun 25-26-da və avqustun 1-2-də yürüşləri qəbul edəcək. Avqustun 8-9-da yarışın İspaniya və ya Almaniyada keçirilməsi planlaşdırılır. Daha sonra yarışlara avqustun 22-23-də Macarıstan, 29-30-da Belçika, sentyabrın 5-6-da isə İtaliya ev sahibliyi edəcək.

Azərbaycan yalnız Formula 2 yarışlarını qəbul edəcək. Belə ki, yürüş sentyabrın 19-20-də Bakı şəhər halqasında baş tutacaq. Rusiyada da yalnız Formula 2 yarışları təşkil olunacaq (26-27 sentyabr). Mövsümə dekabrın 5-6-da keçiriləcək Bəhreyn və ayın 12-13-də baş tutacaq Abu-Dabi mərhələləri ilə yekun vurulacaq.

 

Qeyd edək ki, Azərbaycan bu yarışların 10 il boyunca paytaxtda keçirilməsini öz üzərinə götürüb. Gənclər və İdman naziri Azad Rəhimovun aylar öncəsindəki sözlərinə görə, təkcə yolların hazırlanmasına 12 milyon manat sərf olunan yarış üçün 5 milyon manat tədbirlərin, seminarların keçirilməsinə, əməliyyat xərclərinə, əmək haqlarının və digər xərclərin ödənilməsinə yönəlir.

Bildirək ki, ekspert Christian Sylt BBC Azərbaycancaya açıqlamasında bu cür bahalı idman yarışlarının 1 illiik xərclərinin 80-90 milyon dollara başa gəldiyini söyləmişdi.

Gununsesi.org