Azərbaycanda işıqpulu limiti bu qədər artırılır – Əhaliyə şad xəbər

  • By admin
  • 01 Aprel 2020 15:33

Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kvts. həcmində müddətli artırılır.

Gununsesi.org xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin koronavirusun təsirinin azaldılması məqsədilə hazırladığı proqramda qeyd edilib.

Məlumat üçün bildirək ki, hazırda ölkədə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Gununsesi.org