Azərbaycanda ilk dəfə trans-telefon EKQ sistemi tətbiq edilib

  • By admin
  • 02 Noyabr 2016 09:37
ferid 
Azərbaycanda ilk dəfə tətbiq olunan trans-telefon EKQ sisteminin əməli fəaliyyəti Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında həyata keçirilib.
Bu haqda Gununsesi.info-ya Tədris Terapevtik Klinikanın kardioloqu Fərid Əliyev məlumat verib.
Sistemin əsas xüsusiyyətləri barədə məlumat verən  F.Əliyev  bildirib ki, bu, normal EKQ sistemi olmaqla, onun xəstənin üzərində daşına bilinən funksiyası vardır:
“Sistem mobil telefon vasitəsilə idarə olunur. Xəstənin harada olmasından asılı olmayaraq GSM xətti üzərindən işləyir. Həkim istədiyi zaman xəstəylə bağlantı quraraq (internetin və telefonların işlədiyi yerdə əsasən) xəstədə olan şikayətləri izləyə bilir. Xəstənin hər hansı şikayəti olduğu halda bir düyməyə basmaqla kardioqrama qeydlərini aparır. Bu sistem əsasən nadir şikayətləri olan (3-4 ayda bir) və riskli xəstələr üçün istifadə olunur”.
Cihazın əsas özəlliklərini vurğulayan həkim bu cihazın mobil şəbəkənin olmadığı yerlərdə xəstəylə bağlı şikayətləri qeyd etdiyini və mobil şəbəkəyə keçildiyi andan etibarən lazım olan məlumatları birbaşa mərkəzə ötürüldüyünü də bildirib.
F.Əliyev onu da qeyd edib ki, bu sistem sayəsində xəstədəki ürək ritminin 24 saatlıq nəzarəti uzun müddətli (aylıq) aparılır.
Gununsesi.info