Azərbaycanda iki polis zabiti koronavirusdan vəfat etdi

  • By admin
  • 06 İyul 2020 10:41

Azərbaycanda iki polis əməkdaşı koronavirusdan ölüb.

Gununsesi.org bildirir ki, Report-un məlumatına görə, Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də vəfat edib.

Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olub.

Məlumata görə, polis polkovnik-leytenantının ölümündən bir gün əvvəl anası da vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Report-a faktı təsdiqləyib.

Gununsesi.org