Azərbaycanda hazırda 163 koronavirus xəstəsi var - 23-nün vəziyyəti ağırdır

  • By admin
  • 28 Mart 2020 20:08

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Gununsesiaz.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda deyilir.

Bildirilir ki, həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

 

 

Gununsesiaz.info