Ölkə başçısı İlham Əliyev Davos Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında iştirak edib və ona ünvanlanan suala bu cür cavab verib: “Azərbaycanda gənclər küçələrə çıxsa, biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startup biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, onların hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, ancaq sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir. Əslind,ə onlar yalan danışıblar. Bunun əsas səbəbi isə siyasətçilərin məsuliyyətsizliyidir. Çünki biz təkcə Avropada yox, bir çox ölkələrdə onu müşahidə edirik ki, hökumət hakimiyyətə gəlir və dərhal hökumətin rəhbəri təzyiq altında olur. İnsanlar onu seçir,ancaq bir ildən sonra o, ona göstərilən etimadı itirir. Çünki yerinə yetirilməsi mümkün olmayan vədlər verilmişdir. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır”.
“Azərbaycanda gənclər küçələrə çıxsa, biz onların nə istədiklərini dinləyərdik” – İlham Əliyev
- By admin
- 25 Yanvar 2020 00:05
DİGƏR XƏBƏRLƏR
-
24 Aprel 2024 19:06
Azərbaycanda məhkəmə işlərində saxta şahidlərdən geniş istifadə olunur
-
24 Aprel 2024 02:21
Neft-qazdan ödənilən vergilərdə rekord azalma
-
23 Aprel 2024 11:22
Məsələ insan haqları deyil
-
22 Aprel 2024 16:24
Son dəqiqə: Qubad İbadoğlu azadlıqda
-
22 Aprel 2024 11:15
Müdafiə Nazirliyinin silah-sursat anbanı tikən şirkətin rəhbərinə hökm oxunub
-
22 Aprel 2024 11:10
Vardaryan ailəsi ilə əlaqə saxlayacaq
-
20 Aprel 2024 22:15
ABŞ Ukraynaya 61 milyard dollarlıq yardım ayırdı
-
20 Aprel 2024 15:16
Bu gün azadlığa çıxmalıydı
-
19 Aprel 2024 19:30
Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib
-
19 Aprel 2024 15:34
Rusiya NATO-nu izləmək üçün buna da əl atdı
-
18 Aprel 2024 13:56
AŞ PA-nın Rusiyanın dondurulmuş 300 milyardı ilə bağlı təklifi var
-
18 Aprel 2024 13:26
Navalnının ölümü AŞ PA-da müzakirə olundu