Azərbaycanda Feysbuk istifadəçilərinin fəallığı artıb

  • By admin
  • 06 Fevral 2020 11:19
Azərbaycanda Feysbuk sosial şəbəkəsindən istifadə genişlənməyə davamm edir.
Gununsesi.org ted.az-a istinadən bildirir ki, bu haqda “Global Stats” analitik şirkətindən məlumat yayıb.

Məlumata görə, bu ilin yanvar ayında ölkə üzrə Feysbuk istifadəçilərinin fəallığı 38,81%-ə çatıb. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,47% azdır – 2019-cu ilin yanvar ayında ölkə üzrə istifadəçi fəallığı 39,28% olub. Lakin ötən ilin son ayının nəticəsinə görə, bu ilin yanvar ayında canlanma qeydə alınıb.

Qeyd edək ki, 2019-cu ilin dekabr ayında Azərbaycanda istifadəçi fəallığı 38,58% olub.

Gununsesi.org