Azərbaycanda daha 15 nəfər koronavirusdan sağaldı, 77 yeni yoluxma – RƏSMİ

  • By admin
  • 07 May 2020 17:31

Azərbaycanda koronavirus infeksiyasına yoluxun 15 nəfər sağalıb və evə buraxılıb.

Gununsesi.org xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Azərbaycan Respublikasında 77 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 2204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1551 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 625 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 175.910 test aparılıb.

Gununsesi.org