Azərbaycanda dəhşət: İtləri döyüşürüb, ətlərini bir-birinə yedirirlər - DİN məsələyə əl qoydu

  • By admin
  • 26 May 2020 14:00

Sumqayıtda it döyüşləri təşkil edənlərlə bağlı araşdırmalara başlanılıb.

Gununsesi.org-un “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, sosial şəbəkələrdə itlərin döyüşdürülərək bir-birini parçalaması barədə videogörüntülər yayılıb. Məlumatda qeyd olunub ki, Mətləb adlı şəxs “Pitbull” fermasında it döyüşləri təşkil edir. İddiaya görə, itlərə narkotik vurub, ölənə qədər döyüşdürürlər. Qeyd edilir ki, hətta küçədən adi itləri tutub, döyüşçü itlərin önünə atırlar. “Pitbull” küçə itini öldürdükdən sonra isə onun cəsədi doğranılır və cavan döyüş itlərinə yedizdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov  bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər nəzarətə götürülüb və müvafiq qaydada araşdırma aparılır.

 


 

Gununsesi.org