Azərbaycanda dəhşət dolu cinayət: Oğul atasını vəhşicəsinə qətlə yetirdi

  • By admin
  • 15 Fevral 2020 09:29

Qubada oğul atasını öldürüb.

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb.

Aralarında yaranan şəxsi münaqişə zəminində 2001-ci il təvəllüdlü Şükürov Mətləb Bəşarət oğlu atası Şükürov Bəşarət Ramazan oğlunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Gununsesi.org