Azərbaycanda burun əməliyyatı etdirən 23 yaşlı qız öldü - CİNAYƏT İŞİ BAŞLADILDI

  • By admin
  • 13 Mart 2020 10:47

Qaxda 23 yaşlı qız əməliyyatdan sonra  ölüb.

Gununsesi.org-un məlumatına görə, hadisə Qax rayon Xəstəxanasında baş verib.

Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcovanın burun çəpərinin deformasiyası ilə əlaqədar Qax rayon Xəstəxanasında lor-həkim Əkrəm İmaməliyev tərəfindən aparılan əməliyyat zamanı qəflətən halı pisləşib və o, ölüb.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb.

Gununsesi.org