Azərbaycanda boşanmaların sayı açıqlanıb – STATİSTİKA

  • By admin
  • 13 İyun 2020 13:13

Azərbaycanda bu ilin yanvar-aprel ayları ərzində qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.

Gununsesi.org xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-aprel ayları ərzində qeydiyyat şöbələri tərəfindən 13738 nikaha daxilolma və 4287 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2, boşanmaların sayı isə 1,3 olub.

Gununsesi.org