Azərbaycanda basketbol çempionatı da təxirə salındı

  • By admin
  • 13 Mart 2020 17:52

Basketbol üzrə Azərbaycan Super Liqasının oyunları qısa müddətə təxirə salınıb.

Gununsesi.org xəbər verir ki, ölkə ərazisində koronavirusun (COVID-19) yayılma ehtimalının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası baş nazirinin 2 mart tarixli Sərəncamını və Beynəlxalq Basketbol Federasiyasının (FIBA) 12 mart tarixli qərarını rəhbər tutaraq çempionat dayandırılıb.

 Yarışın qısa müddətdə bərpa olunması barədə Azərbaycan Basketbol Federasiyası tərəfindən qərar veriləcək.

Xatırladaq ki, basketbol üzrə Azərbaycan Super Liqası bu ay artıq ikinci dəfədir ki, təxirə salınır.

Qeyd edək ki, FIBA bu gündən etibarən öz bayrağı altında bütün yarışları dayandırdığını bildirib.

 

Gununsesi.org