Azərbaycanda “Baron Şəmi” və oğlu güllələndi - FOTO

  • By admin
  • 27 Fevral 2020 14:50

Yardımlıda ata və oğul güllələnib.

Gununsesi.org-un məlumatına görə, hadisə bu gün qeydə alınıb.

Masallı rayon sakini əmisi Şəmsəddin Kərimov və əmisi oğlu Niyaməddin Kərimovu güllələyib.

Ş. Kərimov hadisə yerindəcə ölüb, N.Kərimovun isə vəziyyəti ağırdır.

Hadisə torpaq üstə olub.

Qeyd edək ki, Şəmsəddin Kərimov həbsxanada yeni çıxıbmış. O, kriminal aləmdə “Baron Şəmi” kimi tanınıb.

Gununsesi.org