Azərbaycanda bank sektorunun aktivlərinin – YARIDAN ÇOXU 5 BANKIN “ƏLİNDƏDİR”

  • By admin
  • 06 Noyabr 2019 13:19

Azərbaycanda bank sektorunun aktivlərinin 67,74% 5 bankın “əlində” cəmləşib.

Gununsesi.org xəbər verir ki, bu ilin yanvar-sentyabr dövrünə olan göstəriciyə görə, Azərbaycanda bankların cəmi aktivləri 31 milyard 363 milyon 300 min manat olub.  Bu məbləğin də 21 milyard 245 milyon 810 min manatı 5 bankın Beynəlxalq Bank, “PAŞA Bank”, “Kapital Bank”, “Xalq Bank”  və “Bank Respublika”nın payına düşüb.

Eləcə də bax:Azərbaycanda aktivlərin həcmi üzrə – BANKLARIN RENKİNQİ (01.10.2019) 

Aşağıdakı siyahıdan 5 bankın aktivlər üzrə payı ilə tanış ola bilərsiz.

Beynəlxalq Bank – 9 milyard 321 milyon 336 min manat

“PAŞA Bank” – 4 milyard 383 milyon 325 min manat

“Kapital Bank” – 4 milyard 007 milyon 548 min manat

“Xalq Bank”  – 2 milyard 177 milyon 368 min manat

“Bank Respublika”  – 1 milyard 356 milyon 235 min manat

FED.az