Azərbaycanda avtomobil azyaşlını belə vurdu — ANBAAN VİDEO

  • By admin
  • 06 Fevral 2020 18:56

Cəlilabad rayonunda azyaşlı piyadanın avtomobillə vurulma hadisəsi ilə bağlı videogörüntü yayılıb.
Gununsesi.org “Report”a istinadla xəbər verir ki, hadisə bir neçə gün əvvəl rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.
Belə ki, yüksək sürətlə hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən, 2011-ci il təvəllüdlü Əsədov Əbülfəz Faiq oğlunu vurub.
Azyaşlı zərbənin təsirindən qarşıda park edilən digər avtomobilin altına düşüb. Ətrafdakı insanların köməkliyi ilə yaralı maşının altından çıxarılıb və xəstəxanaya aparılıb.
Hazırda Ə.Əsədovun müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org