Azərbaycanda 4 min insan koronavirus şübhəsi ilə karantində saxlanılır – RƏSMİ

  • By admin
  • 30 Mart 2020 18:53

Azərbaycanda bu günə qədər koronavirus şübhəsi ilə karantinə yerləşdirilənlər şəxslərin sayı açıqlanıb.

Gununsesi.org-un məlumatına görə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Qeyd edilib ki, ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4085 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artım dinamikası həm xaricdən qayıdan çoxlu sayda vətəndaşlarımızda virusun aşkarlanması, həm də ölkə daxilində bir-birini yoluxdurma hallarının artması ilə bağlıdır.

Gununsesi.org