Azərbaycan vətəndaşlarının xaricə səfərləri ilə bağlı məhdudiyyət yoxdur – Operativ Qərargah

  • By admin
  • 13 May 2020 19:30

Azərbaycan vətəndaşlarının xaricə səfərləri bağlı məhdudiyyət yoxdur.

Gununsesi.org-un məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, lakin xarici ölkələrə beynəlxalq uçuşlar və gediş-gəliş dayandırılıb:

“Xarici ölkələr əcnəbi vətəndaşları qəbul etmir. Lakin müstəsna hallar olarsa və qarşı tərəf vətəndaşı qəbul etməyə hazırdırsa, həmin şəxs xarici ölkəyə səfər edə bilər”.

Gununsesi.org