Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilin sonuna qədər görüşəcəklər

  • By admin
  • 17 Oktyabr 2019 18:24

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə ilin sonuna qədər görüşmək barədə niyyətlərini təsdiqləyiblər. 

Gununsesi.org-un xəbərinə görə, bu, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin regiona səfərlərinin yekunlarına dair yaydıqları bəyanatda öz əksini tapıb.

Bildirilib ki, həmsədrlər tezliklə Vyanaya səfər edərək ATƏT-in Daimi Şurasını və onun üzvlərini səfər barədə məlumatlandıracaqlar.