Azərbaycan rusiyalı müğənniləri bağışladı - FOTO

  • By admin
  • 11 Oktyabr 2016 11:50

rus

Rusiyanın məhşur ifaçıları Soso Pavliaşvili və Timur Temirov Azərbaycanın qara siyahısında çıxarılıb.

Gununsesi.info xəbər verir ki, ifaçılar özləri Azərbaycanın Xarici İşlər Nazirliyinə məktubla  müraciət edərək bağışlanmalarını rica ediblər. Məktubda onlar Azərbaycan xalqına onun mədəniyyəti və musiqisinə böyük hörmət və ehtiram bəslədiklərini və ölkəmizin qonaqpərvərlik ənənələrini yüksək qiymətləndirdiklərini vurğulayblar.  Azərbaycana səfər etmək və tezliklə Bakıda konsert proqramları ilə çıxış etmək arzusunda olduqlarını bildiriblər. Azərbaycan tərəfi müraciətləri müvafiq qaydada nəzərdən keçirəndən sonra onların Azərbaycan ərazisinə daxil olmalarına icazə verilib.

Qeyd edək ki, Soso Pavliaşvili 2004 cü ildə Dağlıq Qarabağ ərazısındə icazəsiz konsert verdiyinə görə qara siyahıya salınmışdı.

rus1

Gununsesi.info