Azərbaycan Rusiyadan taxıl idxalını 3 dəfə artırıb

  • By admin
  • 20 Noyabr 2019 11:05
Rusiyadan Azərbaycana taxıl və taxıl məhsullarının idxalı bu ilin ikinci yarısında 857 min ton təşkil edib.
Gununsesi.org Trend-ə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
Azərbaycana ixrac olunan taxılın payı Rusiyanın ümumi taxıl ixracının təxminən dörd faizini təşkil edir.
Azərbaycan Rusiyadan taxıl ixrac edən ölkələr arasında ilk beşlikdə yer alıb.