Azərbaycan Premyer Liqasında 5 əvəzetməyə icazə verildi

  • By admin
  • 01 İyun 2020 20:57

Azərbaycan Premyer Liqasında çıxış edən klublar oyun ərzində 5 oyunçu dəyişikliyi edə biləcəklər.

Gununsesi.org xəbər verir ki, bununla bağlı AFFA İcraiyyə Komitəsi qərar verib.

Qərara əsasən, Premyer Liqada və Azərbaycan kuboku uğrunda yarışda FIFA-nın tətbiq etdiyi yeni qaydalara uyğun olaraq matç ərzində 5 əvəzetməyə icazə verilməsi təsdiqlənib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq.

 

 

Gununsesi.org