Azərbaycan muğamı oxumaq istəyirəm`– İslamı seçən amerikalı müğənni: “Ona görə bunu etdim ki…”

  • By admin
  • 07 Aprel 2020 19:20

“Azərbaycanı ziyarət etməkdən şərəf duyaram”

“İslamı qəbul etməklə yalnız bilik qazandım”

“Əksər liderlər demokratiyaya ən böyük əngəldir. Unudurlar ki, bu onların şəxsi mübarizəsi və qazancı deyil”

“Heç vaxt narkotik maddə istifadə etmədim, içki içmədim”. 

Gununsesi.org xəbər verir ki, dünyaca məşhur amerikalı müğənni Della Miles eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. Maykl Cekson və Uitni Hyuston da daxil olmaqla bir çox əfsanəvi müğənninin vokalistliyini edən Della Miles bir neçə il öncə İslamı qəbul etdiyini və Türkiyəyə köçdüyünü açıqlayıb.

Müsahibəsində Della Miles həyatı ilə bağlı bir çox önəmli məqamdan söhbət açıb, ilk dəfə olaraq Azərbaycanla bağlı fikirlərini ifadə edib.

-Uşaqlığınızı necə xatırlayırsınız?

-Mən musiqiçi ailəsində böyümüşəm. Anam əla incil oxuyardı, atam isə cazı çox sevirdi.

– Böyüdüyünüz ailədə nə çatışmırdı?

-Altı uşağın ən kiçiyi mən idim. Ailəmiz bizi qoruyurdu. Həqiqəti bilmək istəyirsizsə etiraf edim ki, böyüyənə qədər kasıb olduğumuzu başa düşməmişəm. Gucci-si olan uşaqlardan deyildik. Biz maddiyyat üzərində böyümədik. Ehtiyacımız olan hər şeyimiz vardı.

-Uğurunuzu nəyə borclusunuz?

-Bəziləri uğuru pul və maddi şeylərlə ölçür. Amma mən uğuru qazandığımı söyləyirəm. Çünki insanlar iki saatdan da artıq mənim musiqilərimi dinlədikləri zaman üzlərində təbəssüm yaranır və problemlərini az da olsa unudurlar.

-Sizinlə bağlı ən böyük yanlış fikir nədir?

-İnsanlar bəzən bütün sənətçilərin eyni olduğunu düşünürlər. Whitney Houstonla (narkotik və alkoqol problemi olan) ilə işlədiyim üçün məni də bəzən onunla eyni tuturlar. Amma mən heç vaxt narkotik maddədən istifadə etməmişəm, içki içməmişəm. Bu bir çox sənətçi haqqında yanlış şablon düşüncədir.

-Gələcək üçün hansı planlarınız var?

-Uşaqlar üçün televiziya proqramı hazırlamaq üçün çalışıram. Yenilik olduqca məlumat verəcəyəm. Xüsusi ilə, bu il bir neçə “single” yayımlayacam və YouTube konsertlərimə start verəcəyəm.

-Maykl Ceksonla bağlı ən unudulmaz xatirəniz nədir?

-Biz onun “Sisterella” müziklını ifa edirdik. O isə teatrın ikinci mərtəbəsində tək otururdu. Maykl Cekson orada olduğu üçün heç kimin eyvana çıxmasına icazə verilmədi.

Bütün qonaqlar tamamilə birinci mərtəbədə qalmalı oldu. Bunun çox qəribə olduğunu düşündüm.

-İslamı qəbul etdikdən sonra həyatınızda ilk olaraq nə dəyişdi?

-Mən eyni insanam. Həmişə vicdanlı və sədaqətli bir insan kimi yaşamağa çalışmışam. Beləliklə, yalnız bilik qazandım.

-İslamı seçməyinizin ən böyük səbəbi nə idi?

-BİLİK.

-Xristianlıqda sizin üçün nə kifayət etmədi?

-Mən kiməm ki, xristian olmağın kifayət etmədiyini söyləyim. Sonda görəcəyik ki, sadəcə olaraq hamımızın yalnız bir Allahı var.

– “İslam” sizin həyatınıza nə bəxş etdi?

-Müsəlman olmaq bir dərman deyil. Həyatımı yalnız Allahın istədiyi kimi yaşamağa çalışıram.

-Müsəlman qadın olmağın ən böyük çətinliyi nədir?

-Mən müsəlman doğulmamışam və həyatımı müsəlman ölkəsində yaşamamışam. Buna görə müsəlman qadınların üçün nəyin ən çətin olduğunu deyə bilmərəm. Ancaq dünyadakı bütün qadınlar mübarizə aparırlar.

– “İslamofobiya” kimə xidmət edir?

-Mən bunu heç başa düşmürəm.

-İslam ölkələrindəki müharibələr sizi heç qorxutmur?

-Niyə qorxmalıyam, bir İslam ölkəsindəki müharibə və ya öz ölkənizdə hədəfə alınmış Afro-amerikalı (Afrika) arasında heç bir fərq yoxdur. Müharibə nifrətdir, acgözlükdür!! Hətta qonşunuz da bu xüsusiyyətlərə sahib ola bilər.

-Dünyada belə müharibələri törədənlərə nə demək istərsiniz?

-Demək istəyirəm ki, bu qərəzə, düşmənliyə son verin artıq! Bu dünya sizə hakimiyyət qurmaq, nəzarət etmək üçün verilməyib. Allahın bizə bəxş etdikləri ilə qürur duymalı və bölüşməliyik.

-Siz üçün demokratiyanın təməl daşı nədir?

– İlk növbədə demokratiya, ali hakimiyyətin xalqın ixtiyarına verdiyi üstünlükdür və vaxtaşırı keçirilən azad seçkiləri əhatə edən təmsilçilik sistemidir.

-Biz öz kökümüzə qayıtdıqda isə bu dediyiniz təməl daşı lazım olmayacaq.

– Demokratiyaya əngəl olaraq nəyi görürsünüz?

-Əksər liderlər demokratiyaya ən böyük əngəldir. Çünki unudurlar ki, bu onların şəxsi mübarizəsi və qazancı deyil. Amma əksəriyyətin ehtiyacıdır.

-Türkiyədə azadsınızmı?

-Azadam.

-Azadlığın həddi sizin üçün harada başa çatır?

-Əgər azadlığa sahib olmaq sizə sui-istifadə, qətl, yalan, fırıldaqçılıq və oğurluq hüququ verirsə, deməli artıq həmin həddə çatmışıq.

-Rasizm kimə xidmət edir?

-Əlbəttə ki, irqçilərə xidmət edir!

-Sizin üçün xoşbəxt həyatın düsturu nədir?

-Düzgün bir formulum olub-olmadığını bilmirəm. Sadəcə olaraq müalicə olunmaq istədiyim üçün insanlarla rəftar etməyə çalışıram. Ailəmi, dostlarımı və özümü sevirəm.

-Bakı, Azərbaycan haqqında fikirlərinizi bilmək istərdikAzərbaycana səfər etmək istərsinizmi?

-Ölkənizlə bağlı çox gözəl sözlər eşitmişəm. Azərbaycanı ziyarət etməkdən şərəf duyaram.

– Azərbaycanın məşhur muğamları haqqında heç eşitmisiniz?

-Bəli !!!!! Və bu musiqini sənətkarlarınızdan biri ilə ifa etmək istərdim.

-Sizi Azərbaycanda sevən insanlara, gənclərə nə demək istərsiniz?

-Bu anda onlara deyirəm ki, COVİD-19-dan qorunmaq üçün EVDƏ QALIN.  Bundan sonra Azərbaycana gedib SOUL MUSİQİMİ onlarla bölüşərəm. Bir seminar təşkil etmək istəyirəm. Həm onlar öz musiqilərini mənə öyrətsinlər, həm də mən öz musiqimi onlar üçün ifa edim.

-Nəhayət, Coronavirusun qarşısını almaq üçün tövsiyələriniz nədir?

-Ən yaxşı cavab Evdə qalın!

  • Hər zaman yanınızda kağız salfet gəzdirin, asqırdığınız zaman ağzınızı və burnunuzu örtün. Öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını bağlı zibil qutusuna atın.
  • Əllərinizi tez-tez yuyun. ÜST-ün qeydlərinə əməl edin. Əgər əl altınızda sabun və yaxud da su yoxdursa, tərkibində ən azı 60% spirt olan antiseptik geldən istifadə edin. Əgər əlləriniz əyani olaraq çirkli görsənərsə, onları daim su və sabunla yuyun.
  • Yuyulmamış əllərlə üzünüzə, xüsusən ağzınıza, gözlərinizə və burnunuza toxunmayın.
  • Xəstəliyi olan insanlarla əlaqə qurmayın.