Azərbaycan millisi Nikola Yurçeviçin rəhbərliyi altında ilk qələbəsini qazanıb

  • By admin
  • 09 Oktyabr 2019 22:41

Futbol üzrə Azərbaycan milli komandası baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk qələbəsini qazanıb.

Gununsesi.org-un məlumatına görə, bu, səfərdə Bəhreynlə keçirilmiş yoldaşlıq görüşündə baş verib. Qarşılaşma millinin qələbəsi ilə yekunlaşıb – 3:2.

Bəhreyn Milli Stadionundakı matçda hesabı meydan sahibləri açıb. Lakin 41-ci dəqiqədə Rüfət Dadaşov bərabərlik qolunu vurub.

62-ci dəqiqədə Təmkin Xəlilzadə qonaq komandanı hesabda irəli çıxarıb. Bəhreyn tezliklə hesabı bərabərləşdirsə də, 70-ci dəqiqədə Ramil Şeydayev yekun nəticəni müəyyənləşdirib – 3:2.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 13-də Budapeştdə AVRO-2020-nin seçmə matçında Macarıstanın qonağı olacaq. “Groupama” stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

 

 

Gununsesi.org