Azərbaycan millisi Böyük Dəbilqəni 4 medalla başa vurdu

  • By admin
  • 23 Fevral 2020 22:50

Azərbaycan cüdoçuları Almaniyanın Düsseldorf şəhərində keçirilən Böyük Dəbilqənin son günündə daha 3 medal qazanıblar.

Gununsesiaz.info-nun məlumatına görə, finala yüksələn Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) gümüş medala sahib olub. Zelim Kotsoyev (100 kq) isə bürünc medalla kifayətlənib.

Beləliklə, Azərbaycan millisi Böyük Dəbilqəni 2 gümüş, 2 bürünc medalla başa vurub. Ötən gün Rüstəm Orucov (73 kq) da bürünc medal əldə etmişdi

 

 

Gununsesiaz.info