Azərbaycan məhsulları Avropada təmsil edildi – FOTOLAR

  • By admin
  • 02 Dekabr 2019 12:20

30 noyabr-1 dekabrda Lüksemburqda 60-a yaxın ölkə nümayəndələrinin iştirak etdiyi Xeyriyyə Bazarı həyata keçirilib.

Gununsesi.org –un məlumatına görə, sərgidə hər millət öz ölkəsinə məxsus olan məhsulları satır və yığılan gəlir 70-ə yaxın xeyriyyə təşkilatına verilir.

Lüksemburqda yaşayan həmvətənlərimizin və orada fəaliyyət göstərən “Qarabağ” Assosiasiyasının təşəbbüsü ilə sərgidə Azərbaycan da təmsil olunub.

Alov qüllələri və tarixi İçərişəhəri əks etdirən dizaynda təşkil olunmuş stendimizdə milli məhsullarımız təqdim olunub.

Meyvə, tərəvəz, mürəbbə, şərab, plov, milli şirniyyatımızın dadına baxan xarici vətəndaşlara ölkəmizin tarixi və dəyərləri barədə məlumat verilib.

Tədbir zamanı milli rəqsimizin oynanılması və tarda canlı ifa qonaqların marağına səbəb olub.

Həmin ölkədə daimi yaşayan Emin Quliyevin verdiyi məlumata görə, Lüksemburqun Baş naziri Xavier Bettel özəl olaraq Azərbaycan stendinə baş çəkib, təamlarımızla tanış olub və məmnunluğunu bildirib.

Həmvətənimiz bizim stendimizin sərgidə ən böyük stend olduğunu qeyd edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Gununsesi.org