Azərbaycan geyim istehsalını kəskin artırıb

  • By admin
  • 26 Mart 2020 14:19

2020-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 85,4 milyon manat dəyərində məhsul istehsal edilib.

Gununsesi.org Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, öncəki ilin yanvar-fevral ayları ilə müqayisədə geyim istehsalında 79,6%, toxuculuq sənayesində 25% artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 40,3% azalma müşahidə olunub.

Cari ilin ilk iki ayında 24 802,3 ton pambıq lifi və 5 110,2 min kv.m hazır pambıq parçalar buraxılıb ki, bu da 2019-cu ili analoji dövrü ilə müqayisədə müvafiq olaraq 0,6% az və 88,5% çoxdur.

Gununsesi.org