Gununsesi.info xəbər verir ki, bu fikri MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Milli Məclisdə AŞPA-nın “Zorakılıqdan azad qadınlar” parlament şəbəkəsinin “Qadınlar səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu” mövzusunda keçirilən seminarında çıxışı zamanı deyib.
S. Seyidov deyib ki, Azərbaycanın qadın hüquqlarının müdafiəsi, onların hüquqlarının genişləndirilməsi və qadın zorakılığına qarşı mübarizədə xeyli iş görüb və bu istiqamətdəki təcrübəsi çox qiymətlidir: “Azərbaycan bu gün dünyanın cavab verə bilmədiyi suallara cavab vermək iqtidarındadır. Bugünkü müzakirələr də bunu bir daha sübut edir. Nümayəndə heyəti olaraq əlimizdən gələni edirik ki, bu istiqamətdə işlər yüksək səviyyədə təşkil olunsun. Əminəm ki, bu müzakirələr həm Azərbaycan, həm də Avropa Şurasına daxil olan ölkələr üçün əhəmiyyətli və vacib olacaq. Hansı ölkədə ki qadınlara qarşı zorakılığın aradan qaldırıması üçün səylər göstərilir, deməli bu dövlətin gələcəyi var, cəmiyyət mədəniyyətə çox meyllidir və millətin yaşamağa haqqı var”.
S. Seyidov onu da əlavə etdi ki. bir neçə il öncə AŞPA-nın sabiq rəhbərliyi qurumun Azərbaycanda hər hansı tədbir keçirilməsi ilə bağlı qərar verdi: “Bu da Azərbaycanın ədalətli, haqq işi və tələbi ilə bağlı idi. Ancaq zaman keçdi situasiya dəyişir. Bu gün belə bir tədbirin Azərbaycanda keçirilməsi AŞPA ilə olan münasibətin aradan qaldırılmasına öz xidmətini göstərə bilər”
Mürtəza
Gununsesi.info