“Bandotdel”in rəisi Vilayət Eyvazova müavin göndərildi

  • By admin
  • 05 İyul 2019 19:20

Azərbaycan Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub.

Gununsesi.org xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla polis general-mayoru Seyfulla Əzimov Daxili İşlər nazirinin birinci müavini təyin edilib.

Qeyd edək ki, Əzimov daha öncə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olub.

Xatırladaq ki, cari ilin iyun ayının 20-dək sözügedən postu hazırkı Daxili İşlər naziri Vilayət Eyvazov tutub.

Gununsesi.org