Azərbaycan buğda alışını 46% azaldıb

  • By admin
  • 14 May 2020 13:42

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 60 841,26 min ABŞ dolları dəyərində 279 763,10 ton buğda idxal edilib.

Gununsesi.org-un Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, Azərbaycanın idxal etdiyi buğdanın dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 48%, həcmi isə 46% azalıb.

Ümumiyyətlə, cari ilin yanvar-aprel aylarında buğdanın yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 1,8% təşkil edib.

Gununsesi.org