Azərbaycan bankları AMB-dən 55 mln. dollar əldə edib – Bu günə olan hərracda

  • By admin
  • 09 Aprel 2020 15:19

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Gununsesi.org-un AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 55 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (7 aprel 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 18,1% və ya 12,2 mln. azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Ümumiyyətlə, bu ilin martın 10-dan bu günə kimi 11 hərrac keçirilib ki, bu hərraclarda banklar 1 857,1 mln. dollar əldə edib.

Gununsesi.org