Azərbaycan Avropa qitəsinə qaz satacaq: TAP kəməri üzrə işlərin 94%-i tamamlanıb

  • By admin
  • 17 Mart 2020 12:24

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) inşasına başlanılandan bəri işlərin 93,5%-i yekunlaşıb.

Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, bu, yanvarın sonunda qeydə alınan göstəricidir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ilin dördüncü rübündə çatdırılacağı nəzərdə tutulur.

 

Gununsesi.org