Azərbaycan Avrasiya inkişaf bankına üzv olmaq istəyir

  • By admin
  • 19 Oktyabr 2016 12:30
bark
Azərbaycan  Avrasiya inkişaf bankının üzvü olmaq niyyətindədir.
Gununsesi.info “İzvestiya”-ya istinadən xəbər verir ki, bunu Avrasiya inkişaf bankının İdarə heyətinin sədri  Dmitriy Pankin deyib.
Onun sözlərinə görə,  bank dünyanın  müxtəliq  kontingentlərində yerləşən 70 ölkəsi analiq edərək üzvülüyə namizəd  məsələsinə baxıb: “Aparılan  analizin nəticəsi olaraq banka real namizəd ölkələrin siyahısını müəyyənləşdirib. Bu ölkələr Azərbaycan, Yaponiya, Hindistan, Sinqapur, İsrail, Misir, İndenoziya, İran, Vyetnam, Cənubi Koreya, Tailandvə Monqolustandır”.
Bankın  rəhbəri onu da əlavə edib ki, bu bizim abstrakt istəyimizdən irəli gəlmir, kriteriyalara uyğun gəldiyi üçün bu ölkələr seçilib. “Burada həmçinin banka üzv olan ölkələrlə sıx əməkdaşlıq və inteqrasiya məsələləri də nəzərə alınıb- deyə, o bildirib.
Qeyd edək ki, bankın yaradıcıları Rusiya, Qazaxstan, Qırğızstan, Belarus, Tacikstan və Ermənistandır.
Gununsesi.info