“Azərişıq”da yeni vəzifə TƏYİNATLARI

“Azərişıq”da yeni vəzifə TƏYİNATLARI

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətində növbəti kadr dəyişikliyi olub.

Gununsesi.org-un məlumatına görə, bu barədə müvafiq əmri “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov  imzalayıb.

Əmrə əsasən, Tanrıverdi Mustafayev “Azərişıq” ASC sədrinin müşaviri təyin edilib.

Qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə isə telejurnalist Vaqif Aydınoğlu təyinat alıb.

T.Mustafayev məlumatı Oxu.Az-a təsdiqləyib. Bildirib ki, onlar yeni vəzifələrinin icrasına başlayıblar.

Qeyd edək ki, V.Aydınoğlu bu təyinata qədər ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru olub.

Gununsesi.org

COMMENTS