“Azərbaycanlıların mütləq əksəriyətinin simpatiyası Saakaşvili və onun partiyasının tərəfində idi”- POLİTOLOQ

“Azərbaycanlıların mütləq əksəriyətinin simpatiyası Saakaşvili və onun partiyasının tərəfində idi”

Elxan Shahinoglu

“Belə görünür ki, Gürcüstanın hakim “Gürcü arzusu” partiyasi parlament seçkisində qələbə qazanıb. Bu partiya proqnozlaşdırıldığından çox səs toplayıb. Halbuki, aylardır keçirilən rəy sorğuları Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının “Gürcü arzusu” ilə başabaş səs toplayacağını göstərirdi, hətta, bu nəticəyə görə eks-prezidentin vətəninə dönəcəyi ehtimalları səslənirdi. Olmadı”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib

Onun sözlərinə görə, bəzi məntəqələrdə seçki saxatakarlıqları halları haqqında məlumatlar gəlir. Ancaq bunun seçki nəticəsinə ciddi təsir edəcəyini düşünmür.

“Yox əgər “Vahid Milli Hərəkat” ölkə boyu müqavimət göstərməyə çalısa, hakim rejim küçələrə polisi tökəcək və qan töküləcək. Bu isə həm Rusiyanın işinə yarayacaq, həm də Gürcüstanın Cənubi Qafqazda demokratiya nümunəsi imicinə ciddi zərbə vuracaq.

Açıq demək lazımdır ki, həm Azərbaycanda, həm də Gürcüstanda azərbaycanlıların mütləq əksəriyətinin simpatiyası Mixail Saakaşvili və onun partiyasının tərəfində idi. Çünki onun siyasəti bizə bəllidir, Azərbaycanla strateji əməkdaşlığa önəm verir, “Gürcü arzusu” isə ikibaşlı oyun oynayır.

Buna baxmayaraq, Gürcüstanda hakimiyyətdə hansı siyasi partiya üstün olursa-olsun Azərbaycanla müttəfiqliyə sadiq qalmaq məcburiyyətindir. Bunu Gürcüstanın milli və təhlükəsizlik maraqları diqtə edir”-deyə, o, daha sonra qeyd edib.

Gununsesi.info

COMMENTS