AŞPA komitəsi namizədlərimizi təsdiqlədi- HAKİM TƏYİNATI OLACAQ

AŞPA  komitəsi namizədlərimizi təsdiqlədi

hakim

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Avropa İnsan Haqları Məhkəməsinə (AHİM) Hakimlərin Seçilməsi Komitəsində AİHM-ə seçilmək üçün namizədliyi irəli sürülmüş 3 azərbaycanlı hakimin məsələsinə baxılıb.

Gununsesi.info xəbər verir ki, sentyabrın 29-da komitə iclası zamanı azərbaycanlı namizədlərin siyahısı komitənin tövsiyələri ilə birlikdə AŞPA-ya göndərilib.

AŞPA-nın oktyabrın 10-14-də keçiriləcək payız sessiyası zamanı oktyabrın 11-12-də hakimin seçilməsi ilə bağlı səsvermənin keçirilməsi gözlənilir.

Azərbaycanın Avropa Şurasındakı səfiri Emin Eyyubov AŞPA-nın baş katibi Voytsex Savitskiyə hakimlər Kəmalə Abıyeva, Lətif Hüseynov və Rövşən İsmayılovun namizədliyinin Azərbaycan hökuməti tərəfindən təsdiqlənməsi barədə məktub göndərib.
Qeyd edək ki, bundan əvvəl 2 dəfə – ötən il iyunun 15-də və bu il yanvarın 24-də AŞPA Azərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarmışdı.

Gununsesi.info

COMMENTS