Azərbaycanın ən nümunəvi məktəbini qazsız qoydular- MASALLIDA

Azərbaycanın ən nümunəvi məktəbini qazsız qoydular

masalli

Masallı rayonun Miyankü kəndində Azərbaycan təhsil sistemi üçün nümunə hesab oluna biləcək bir məktəb var. Bu məktəb tək özünün, həmin kəndin sakini olan iş adamının hesabına yaradılan maddi-texniki bazasıyla deyil, həm də məktəb kollektivinin ortaya qoyduğu bacarıq və enerjisilə respublika səviyyəsində tanınır. Keçən il Miyankü kənd orta məktəbi təhsil və tədrisin səviyyəsinə və əldə edilən uğurlu nəticələrə görə rayon üzrə birinci yerə çıxıb. Bu orta məktəbin qazanığı uğurlara dəstək vermək, onun təcrübəsindən bəhrələnmək əvəzinə Masallı rayonun inzibati rəhbərliyi aydın görünür ki, başqa xətt tutub.

Verilən məlumatlara görə Masallı rayon qaz idarəsinə yeni təyin edilən rəisin qeyri-rəsmi göstərişləri əsasında 25 noyabr 2016-cı il tarixdən etibarən məktəbə qaz verilişi dayandırılıb. Prosesə yerli polis tərəfindən cəlb edilmiş qüvvə ilə əmr yerinə yetirilib. Sinif otaqlarını qızdırmaq üçün məktəbin heç bir alternativ imkanı yoxdur. Digər tərəfdən bu aksiya heç bir xəbərdarlıq etmədən baş tutub. Ona görə də hətta natural formada otaqların qızdırılması mümkün olmayıb. Müəllimlər və şagirdlər qızdırılmayan sinif otaqlarında dərs keçməyə məcbur ediliblər və təbii ki, belə şəraitdə tədrisin hansısa keyfiyyətindən danışmaq mümkün deyil. Hava şəraitin bu günlərdə soyuq keçməsi vəziyyəti bir az da gərginləşdirib.

Məlumdur ki, məktəb müstəqil hüquqi şəxs deyil, dövlət müəssəsidir və məktəbdə baş verən tədris prosesi də dövlət büdcəsindən maliyələşir. Qaz idarəsi də hansısa bir xüsusi şirkətin strukturu deyil, dövlətin inzibati sistemin bir elementidir. Elə isə həm məktəb, həm də rayon qaz idarəsi bir dövlətə bağlı olan iki strukturdursa, bu olaya səbəb nədir? Qaz idarəsinin yeni təyin olunan rəisin hərəkətləri necə qiymətləndirilməlidir? Bəlkə Təhsil naziri Mikayıl Cabbarov erməni kilsələrini qazla təmin etdirməyi ilə öyünən Dövlət Neft Şirkətinin rəhbəri RövnəQ Abdullayeva xahiş-minnət eləsin? Amma bu inandırıcı deyil. Çünki ucqar bir kənd məktəbində tədrisin keyfiyyəti çətin Bakının mərkəzində kiminsə marağında olsun.

P.S.Yazı Ataxan Əbilovun facebook səhifəsindən götürülüb.

COMMENTS