Əhaliyə şad xəbər: Pensiyaların ödənilməsinə başlanıldı –Təfərrüatları xəbərdən oxuyun

Əhaliyə şad xəbər: Pensiyaların ödənilməsinə başlanıldı –

“Mart ayı üzrə bütün pensiya, müavinət və təqaüdlər Novruz bayramına qədər ödənəcək”.

Gununsesi.org-un xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

 O bildirib ki, Novruz bayramı ilə əlaqədar mart ayı üzrə pensiya, müavinət və təqaüdlərin qrafikdə nəzərdə tutulduğundan əvvəl, bayramaqədərki dövrdə ödənilməsi təmin olunacaq:

“Pensiyaların ödənişinə artıq başlanılıb və Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, Naxçıvan MR üzrə pensiyalar vətəndaşların hesablarına köçürülüb. Növbəti iş günlərində bu proses digər bölgələr üzrə davam edəcək və martın 19-dək bütün növ pensiyaların ölkə üzrə ödənişi başa çatacaq”.

“Həmçinin, müavinət və təqaüdlərin də yaxın günlərdə qrafikdən əvvəl ödənişinə başlanması və həmin ödənişlərin də Novruz bayramına qədər həyata keçirilməsi nəzərdə tutulub”, – deyə qurum rəsmisi qeyd edib.

Gununsesi.org

COMMENTS