Azərbaycan Ukraynadakı səfirini geri çağırdı? –Keçmiş deputat səfir gətiriləcək - İDDİA

Azərbaycan Ukraynadakı səfirini geri çağırdı? –

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev geri çağırılıb.

Gununsesi.org BakuPost- a istinadən xəbər verir ki, dövlət başçısının bu barədə imzaladığı sərəncam sabah elan olunacaq.

Onun yerinə isə sabiq deputat Elmira Axundovanın təyin olunacağı iddia edilir.

Qeyd edək ki, Azər Xudiyev son illərin ən qalmaqallı diplomatlardan biridir. Ölkə mətbuatında onunla bağlı saysız-hesabsız tənqidi materiallar yayılmaqda davam edir.

Gununsesi.org

COMMENTS