“Azərbaycan koronavirusun yayılmasının ilk mərhələsindədir” —RƏSMİ

“Azərbaycan koronavirusun yayılmasının ilk mərhələsindədir” —

“Azərbaycanda 11 nəfərin koronavirusa yoluxmasının dərhal deyilməsi yaxşı haldır. Bütün hökumətlər yoluxma halı olduqda 48 saat içində xəbər verməlidirlər”.

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, bunu mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, xəstəliyin yayılmasının 3 mərhələsi var və Azərbaycan ilk mərhələdədir: “Azərbaycan hökuməti xəstəliyə yoluxma halını sərhəddə aşkarlaya bilir. Virusu içəri daxil etməməyə çalışırlar”.

H.Harmancı qeyd edib ki, hər yerdə olduğu kimi  Azərbaycanda da koronavirusdan ölüm halı ola biləcək.  Virus yayılıbsa, ölüm halınının olmamasını gözləyə bilmərik”.

Gununsesi.org

COMMENTS