AYİB: Azərbaycanın valyuta ehtiyatları bazar təzyiqini bir müddət saxlaya bilər

  • By admin
  • 08 Aprel 2020 13:26

Azərbaycan Mərkəzi Bankının (AMB) və Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) toplam valyuta ehtiyatları ÜDM-in həcminə uyğun gəlir və bazar təzyiqini bir müddət saxlaya bilər.

Gununsesi.orgun məlumatına görə, bu barədə “Reuters”ə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan nümayəndəliyinin rəhbəri İvana Duarte deyib.

Onun sözlərinə görə, böhrandan sonra (2014-cü ildə) Azərbaycan iqtisadiyyatı orta sürətlə böyüyüb, valyuta məzənnəsi real olaraq cüzi şəkildə dəyişib və ölkə iş mühitini yaxşılaşdırmağa və qeyri-neft sektorlarını şaxələndirməyə başlayıb.

Gununsesi.org