Axtarışda olan şəxsin üzərindən narkotik vasitə və psixotrop maddə aşkarlanıb

  • By admin
  • 20 Yanvar 2020 22:05

Ağcabədidə axtarışda olan şəxs saxlanılıb. 

Gununsesi.org-un APA-ya istinadən xəbərinə görə, Ağcabədi şəhəri R.Tağıyev küçəsi 40 saylı ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatda olan Mamedov Allahşükür Səttar oğlu polis tərəfindən yeri müəyyən olunaraq saxlanılıb.

A.Mamedov saxlanılan zaman üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfitamin aşkar olunub.

Gununsesi.org